senetaz

Həsən Əliyev 80 D

21 Sentyabr 2016 213

Ukraynalı ulduzu Bakıda

Ukraynalı ulduzu Bakıda

Ukraynalı ulduz Bakıda çıxış edəcək

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baletinin tamaşası keçiriləcəkdir.

Senet.az saytının Mədəniyyət və Turizm nazirliyindən əldə etdiyi xəbərə əsasən tamaşada baş rolda Ukrayna Milli Operasının tanınmış prima-balerinası, Ukraynanın Xalq artisti Tatyana Qolyakova çıxış edəcəkdir. Q.Qolyakova bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır. T.Qolyakovanın tərəf-müqabili kimi tamaşada Qraf Albert partiyasını digər Ukraynalı balet ustası, beynəlxalq müsabiqələr laureatı Stanislav Olşanski ifa edəcək. Mirta rolunda isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc solisti, balet artistlərinin Almaniyada keçirilən müsabiqəsinin bürünc mükafatçısı (2014) Ayan Eyvazova çıxış edəcəkdir.    

[gallery columns="4" ids="17083,17084,17085,17086"]