Ulduz" jurnalının növbəti - oktyabr sayı işıq üzü görüb.
Jurnalın bu sayında Əlizadə Nurinin "Özüylə söhbəti..." və şeirləri, Ruslan Mollayevin "Aktrisa" hekayəsi, Məti Osmanoğlunun "Gənc yazarlar üçün ustad dərsi", "Şeir vaxtı" rubrikasında Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı və İmir Məmmədlinin şeirləri yer alıb.
Jurnalda Xanəmir Telmanoğlunun "Qızıl alma vücudnaməsi" dərc olunub. Alpay Azərin "Ali rütbəli nəzarətçilər", Nurlana İşıqın "Qazinin izi", Rey Kərimoğlunun "Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın" (sənədli hekayə), Səadət Musayeva "Son çağırış" hekayələri də oxucuların görüşünə gəlib.
Əfsanə Rəhimlinin "Tənbəl ayı" nağılı, Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin "Dünya poetik sanitariyaya möhtacdır..." essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu, "Anım" rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı da bu sayda yer alıb.
"Dərgidə kitab" rubrikasında Nemət Mətinin "Yük" yazısı təqdim edilir.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub