Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının xüsusi buraxılışı Türkiyənin Ankara şəhərində, “Gənc ürəklər” dərgisində oxuculara təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “Gənc ürəklər” dərgisinin 14-cü (dekabr-yanvar-fevral 2025) nömrəsində “Ulduz” jurnalının təqdimatı ilə azərbaycanlı şair və yazarların əsərləri yer alıb.
“Ulduz” jurnalının baş redaktoru Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, bundan əvvəl 2024-cü ilin sentyabr ayında “Gənc ürəklər” dərgisinin xüsusi buraxılışı “Ulduz” jurnalında çap olunub.
“Bir millət, iki dövlət” devizindən çıxış edərək yazıların Azərbaycan türkcəsinə uyğunlaşdırılmasına ehtiyac görmədik, necə göndərilmişdisə, elə də çap olundu.
İndi isə “Ulduz” jurnalının Ankaradakı xüsusi sayı çap edilib. Bu, hər birimiz üçün çox sevindirici haldır. Əsasən də ona görə ki, bu bir ilkdir. İlk dəfə Azərbaycan dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə də Türkiyədəki dərgi Azərbaycanda olduğu kimi yayımlanır. Bu yaradıcı əməkdaşlığımızın davamlı olmasını arzulayıram. İstərdim ki, ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr olunmuş xüsusi buraxılışı da Ankarada çap etdirək”, – deyə Q.Ağsəs əlavə edib.
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq