
“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir.
525.az xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin zalında keçirilən tədbirin qonağı akademik, Əməkdar elm xadimi Nizami Cəfərov olub.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Azərbaycan Universitetinin tələbələrinə bildirib ki, Nizami Cəfərovun tədqiqatları Azərbaycan dili tarixi, türkologiya və müasir ədəbi proseslə bağlıdır. Akademik, eyni zamanda, “Azərbaycanşünaslığın əsasları”nın yaradılmasına mühüm töhfə verib.
Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova gənc filoloqların gələcək fəaliyyətində belə görüşlərin rolundan danışıb və akademikə, tələbələrə vaxt ayırdığı üçün minnətdarlıq edib.
Nizami Cəfərov gənc həmkarlarına Azərbaycanda Atatürk Mərkəzinin yaranma tarixindən danışıb, dilçiliyin və türkologiyanın problemlərini təhlil edib. Azərbaycan Universitetinin tələbələri alimə coxsaylı suallar ünvanlayıb, akademikin əsərlərindən müxtəlif sitatlar səsləndiriblər.
Sonda Nizami müəllim tələbələrə öz kitablarını avtoqrafla hədiyyə edib və onlarla xatirə şəkli çəkdirib.
"Ulduz"lu görüşlər"in növbəti qonağı ədəbiyyatşünas alim Mətanət Vahid olacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür