
“Ulduz” jurnalının may nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Seyid Aynurun “Özüylə söhbəti və şeirləri” ilə açılır.
“Nəsr” bölməsində Xan Abdullanın “Dumru”, Tural Cəfərlinin “Eyforiya”, Zəka Vilayətoğlunun “Eeey, səs salma”, Əlisəfdər Hüseynovun “Meloman”, Mübariz Cəfərlinin “Amədə” və “Bal” hekayələri təqdim edilir.
“Şeir vaxtı”nda Elşən Əzim, Sevinc Yunuslu, Tural Turan, Ceyhun Ötkəm, Xuraman Hüseyn, Rəsmiyyə Sabirin poeziya nümunələri yer alıb.
Qulu Ağsəs bu dəfə Xalq artisti Arif Babayevlə “Ayrı söhbət” eləyib. Çeçenistan ədəbiyyatının tanınmış nümayəndəsi İsa Zakriyevin qısa hekayələri Seyfəddin Hüseynlinin tərcüməsində təqdim olunur.
“Anım”da Nizami Tağısoy “Vətən ağrılarının ağırlığı”ndan yazır. “Tribuna” Aysel Xanlarqızının “Vasif Süleyman yaradıcılığı haqqında”, Vaqif Yusiflinin “Ədəbi fraqmentlər” yazısını təqdim edir. “Debüt”də “İndinin simfoniyası” ilə Məryəm Bağırova oxucularla görüşə gəlib.
İltimas Səmimi, İlkin Əhmədoğlunun şeirləri də “Ulduz”un may nömrəsində yer alır.
“Dərgidə kitab” filologiya elmləri doktoru Sərxan Xavərinin “Qeysdən Məcnuna: təsəvvüfün mistik zaman modeli kontekstində subyektin sufi transformasiyası”nı (3-cü məqalə) təqdim edir.
“Dərgidə sərgidə” isə Xatirə Həsənzadənin rəsm əsərləri yer alıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür