senetaz

Həsən Əliyev 80 D

16 May 2024 5860

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olundu - Fotolar

Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olundu - Fotolar

Mayın 15-də tənqidçi-esseist, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin dosenti Ülvi Babasoyun “Hədəf Nəşrləri”nin dəstəyi ilə çap olunan “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabının təqdimatı və imza günü keçirilib.

Senet.az AZƏRTAC-a istinadən xəbər verir ki, departamentin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlı tədbiri giriş sözü ilə açaraq kitab və onun Azərbaycan ədəbiyyatında rolu barədə danışıb.

Sonra müəllif çıxış edərək dərs vəsaitini tələbələrinə ithaf etdiyini bildirib, ümumilikdə postmodernizm və onun xüsusiyyətləri haqqında qısa məlumat verib.

Professorlardan Seyfəddin Rzasoy, Bədirxan Əhmədov, departamentin müəllimləri, filologiya üzrə fəlsəfə doktorları Zəminə Ziyayeva, Ramil Əhməd, departamentin magistr məzunu İlknur Əsgərova, BMU-nun Pedaqoji təcrübə şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Həzi Qasımov, yazıçılar Nərmin Kamal, Şərif Ağayar, Qan Turalı, Səxavət Sahil, Mübariz Örən çıxış edərək müəllifə təşşəkürlərini bildirdilər, ona uğur arzulayıblar.

“Hədəf Nəşrləri”nin direktoru Səbuhi Şahmursoy, kitabın redaktoru Cavid Qədir bu nəşrin ədəbiyyatşünaslıq elminə dəyərli töhfə olduğunu, mövcud sahədəki boşluğu dolduracağına ümid etdiklərini vurğulayıblar.

Tədbirin sonunda müəllif oxucular üçün kitab imzalayıb.

Qalereya