Vilnüsdə rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflər üçün “Baltiyskiy Qamayun” V Beynəlxalq Ədəbiyyat Festivalının birinci mərhələsi başa çatıb. Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi festival böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub. Tədbir çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib. Beş müəllif qalib seçilib.
AZƏRTAC xəbər verir ki, onların arasında azərbaycanlı yazıçı-dramaturq Ülviyyə Heydərova da var. Yazıçı bu beynəlxalq müsabiqəyə “Külək” hekayəsi ilə qatılıb. Qaliblərin mükafatlandırılması mərasimi bu ilin noyabrın 20-də festivalın ikinci mərhələsində baş tutacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür