Şəmil Sadiq və Müşfiq XANın birlikdə qələmə aldıqları, əsas süjeti Qarabağ və Xocalı soyqırımı olan tarixi detektiv janrda yazılan “Ümidlərin izi ilə” romanının yanvarın 25-də Qırğızıstan Dövlət Hüquq Akademiyasında rus dilində oxuculara təqdimat olunub.
Təqdimat mərasimində iştirak edən yazarlar kitab haqqında tədbir iştirakçılarına geniş məlumat vərərək, bildirilib ki, əsər Qarabağ hadisələrindən və Xocalı soyqırımından bəhs edən tarixi detektiv janrda yazılıb.
Tədbirin ideya müəllifi və təşkilatçılarından olan “Global Karyer İnstitut”nun Direktoru və Azərbaycan Şimali Kipr Dostluq Cəmiyyətin Sədri Orxan Həsənoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin son illər apardığı xarici siyasət əsasən Dağlıq Qarabağ probleminin həllinə köklənib. Biz də türk dövlətlərində bu təbliğatın aparılmasını özümüzün vətəndaşlıq borcu hesab edirik. Bu gün türk xalqlarının ən böyük problemlərindən biri bir-birlərini tam anlaya bilməməsidir. Bunu nəzərə alaraq romanın Qazaxıstanda nəşrini rus dilinə tərcümə etdirərək yayımladıq. Çalışacağıq ki, bu sahədəki fəaliyyətimiz davamlı olsun və Qarabağ mövzusundakı əsərlərin qazax türkcəsində nəşrinə nail olaq.
Sonda müəlliflər kitabı imzaları ilə iştirakçılara təqdim ediblər.
Qeyd edək ki, bu kitab Azərbaycanda 4 dəfə nəşr edilib.
[gallery ids="20353,20352,20351,20350,20354,20355,20356,20349,20348,20347"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür