“Uşaq ədəbiyyatını təkcə yazıçıların ümidinə qoymaq olmaz. Əgər uşaqlar üçün hekayələr, romanlar çap olunmursa, bu gələcəyimiz yoxdur deməkdir. İndi internet əsridir. Bizdə olmayanda uşaqlar xaricdən nümunə götürəcəklər. Onlar da Azərbaycan uşağını tərbiyə etməyəcək, ingilis, rus uşağı yetişdirəcək”.
Bu sözləri Senet.az-a açıqlamasında yazıçı-publisist Rafiq Yusifoğlu deyib.
O, uşaqlar üçün kitab çap etməyin baha olduğunu qeyd edib: “Uşaqlar bizim gələcəyimizdir. Elə bir gün, elə bir saat olmamalıdır ki, biz uşaqları unudaq. Uşaq ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsidir. Burada olan problemlər həm də uşaq ədəbiyyatında olacaqdır. Mən bildiyim qədəri ilə, uşaqlar üçün yaxşı əsərlər var. Ancaq bu əsərləri araya-ərsəyə gətirmək çox çətindir. İndi kapitalizm dövrüdür, biz çəkilmişik kənara. Uşaqlar üçün kitab çap etmək çox baha başa gəlir. Müəlliflər öz hesabına bunu edə bilmir. Mənim gənc vaxtı bir kitabım çıxmışdı, onun qonorarına maşın almışdım. İndi isə yaxşı kitab çap etmək üçün mənə iki maşının pulu lazımdır”.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür