“Yazı” ədəbiyyat dərgisinin uşaqlar üçün əlavəsi “Yemliy”in ilk sayı çapdan çıxıb. Bu barədə Senet.az-a açıqlamasında jurnalın baş redaktoru Azad Qaradarəli məlumat verib. Dərgi məsul redaktor Sevinc Elsevərin giriş yazısı ilə açılır. Şeir bölməsində Hüseyn Cavid, Əli Kərim, Mirmehdi Seyidzadə, Murad Köhnəqala, Nərmin Kamal, Sevinc Elsevərin uşaqlar üçün şeirləri, nəsr bölümündə Əkrəm Əylisli, Azad Qaradərəli, Rasim Qaraca, Seymur Baycan, Nərmin Kamal, Mirmehdi Ağoğlu, Aygün Bünyadzadə, Sevinc Nuruqızı, Alov İnna, Əfsanə Laçının hekayələri, Sevinc Elsevərin isə “Donu qırmızı” romanı çap olunmuşdur. Dərgidə ən maraqlı rubrika yəqin ki, “Uşaq yazıçılar”dır. Burada Nilufər, Ülvi, Nərmin kimi balaca qələm dostlarımızın yazıları yer alıb. Çevirmə yerində İ.S.Turgenev, Əziz Nesin, Umberto Eko, Madonna, L.Frank Baum kimi yazarların uşaqlar üçün yazdığı hekayələr, eyni zamanda müxtəlif ölkələrin xalq nağılları verilib. “Təbriklər” bölümündə müxtəlif məktəb və bağçalardan olan uşaqlar dərginin əlavəsinin ilk sayını təbrik edirlər. “Rəssam uşaqlar” rubrikasında Maya, Nərmin, İzel, Rəşidin rəsmləri çap olunub. “Yeni nəşrlər” bölməsində Kitabsevərlər qrupunun senzor.orq saytı ilə birgə çap etdikləri “Gəlincik evi” kitabı (dünya uşaq ədəbiyyatından seçmələr) haqqında yazı yer alıb. İlk iri həcmli – 144 səhifəlik – uşaq dərgisində adını çəkə bilmədiyimiz digər maraqlı yazılarla da tanış olmaq mümkündür. “Yemilik”də dərc olunan rəsmlərin bir çoxunun (üz qabığı da daxil) müəllifi tələbə rəssam Gülbəs Ayvazdır. “Yemliy”i həftənin sonunda Kitabevim.az kitab marketindən əldə edə bilərsiniz.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür