“Ustad” ədəbiyyat və sənət dərgisi uşaqlar üçün “Üst Ad” adlı yazı müsabiqəsi elan edir. Müsabiqə istedadlı məktəblilərin üzə çıxarılması məqsədilə təşkil olunur. Müsabiqədə 8-15 yaşlı məktəblilər iştirak edə bilər. Müsabiqə şərtləri: 1. Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər qəbul edilir; 2. Hekayə və esselərin həcminə məhdudiyyət qoyulmur; 3. Yazıların mövzusu milli adət-ənənələrimiz, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, filmi və ədəbiyyatını əks etdirməlidir; 4. Yazılar 2019-cu ilin 1 yanvar-15 fevral tarixlərində ustaddargisi@gmail.com ünvanına word faylında göndərilməlidir; 5. Faylın içində iştirakçının yaşı, soyadı, adı və atasının adı tam şəkildə, istənilən valideyninin əlaqə nömrəsi göstərilməlidir; Təqdim edilən yazılar münsiflər heyəti tərəfindən təhlil edilərək 10 ballıq meyarla qiymətləndiriləcək. Qaliblər iştirakçıların yaşlarını nəzərə almaqla seçiləcək və qaliblərin yazıları “Ustad” dərgisinin 2019-cu ilin mart sayında dərc olunacaq. Qaliblər dərginin mart ayındakı buraxılışının təqdimatında hədiyyələrlə mükafatlandırlacaq. Məktəbli dost, sən də müsabiqəyə qatıl, Yaz-ını Yay, “Üst Ad” ol! #üst_ad #ustad #yazyay #hədəfnəşrləri #hedefnesrleri
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür