“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 23-cü sayı işıq üzü görüb. Redaksiya heyətindən Senet.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın budəfəki sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb. Ədəbi mətn müəlliflərindən Müşfiq XAN (“Jamais vu” hekayəsi), Rüneske Akutaqava (“Soyuq” hekayəsi, tərc: Səbuhi Şahmursoy), Ayşə Nəbi (“Əsir gəlin” hekayəsi), Xorxe Luis Borxes (“Yolları haçalanan bağça” hekayəsi, tərc: Rövşən Danyeri), Tural Cəfərov (“Şəkil” hekayəsi) və Xanım Anela (“Məsafə” hekayəsi), araşdırma məqalə və esse müəlliflərindən Şəmil Sadiq (“Kitab yüklü eşşək”romanı kimindir?), Xanım Anela (“Müasir nəsr haqqında eşitmədiyiniz yeni janrlar”), Xanəmir Telmanoğlu (“Şərq-Qərb”), Ceylan Mumoğlu (“Vikontun ikinci yarısı”), Taleh Eminoğlu (““Mari Rojenin sirri” hekayəsi ətrafında”), Aybəniz Həsənova (“Ədəbiyyatın münzəviləri. Ədəbiyyatda"təbiətə qayıdış" mövzusu”), Xəyalə Murad (“Bronte bacılarını kim öldürdü?”), Dilqəm Əhməd (“Almas İldırımın iki məqaləsi”), Sərxan Aziz (“Yer altındakı Dostoyevski”) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir. Bundan əlavə, kino və sənət haqqında yazılar – Nuranə Abbasovadan – “Çölçü” filmi, Nərmin Şahmarzadədən – “Ölümünü yazan dahi” və Xavər Zahirdən – “Anri Matiss. Bir rəssamın hekayəsi” dərgidə yer alıb. Poeziya bölməsində Ümid Nəccaridən “Çətindir” və Zaur İlhamoğludan “Bir kütlə var, iki zərrə” adlı silsilə şeirlər çap olunub. Dərgini kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür