“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 15-ci sayı işıq üzü görüb.
“Hədəf” nəşrlərindən verilən məlumata görə, dərginin bu sayında bir-birindən maraqlı məqalə və hekayələr yer alıb. “Ustad”ın məsul redaktoru Səbuhi Şahmursoy deyir ki, dərginin bu sayı əvvəlki buraxılışlarından keyfiyyətə görə heç də geri qalmır. “Dərgidə yerli yazarlardan hekayələr, ədəbi tənqid və araşdırma məqalələrlə yanaşı, tərcümə hekayələr, film və tarixi məkanlar haqqında araşdırmalar, şeirlər və maraqlı məlumat dolu yazılar var. Keçən saylarda olduğu kimi, dərgimizdə potensialı olan gənc imzalara da yer vermişik. Onların ustadlığa gedən yolunu izləmək bizim kimi oxuculara da maraqlı olar. Tərcümələrə gəldikdəsə, dərginin 15-ci sayını Aslı Ərdoğan, Altay Ötkəm, tarixi araşdırmalar ustası Murad Adcı və məşhur amerikalı fantast yazar Robert Haynlayndan əsərlər bəzəyir. Getdikcə daha müasir dərgiyə çevrilən “Ustad” dərgisinin oxucu arealı artıq çox genişdir. Sevinirik ki, “Ustad”ı müxtəlif yaş dövrünü əhatə edən bir dərgiyə çevirə bilmişik”.
Qeyd edək ki, dərgini müxtəlif kitab dükanlarından əldə edə bilərsiniz. [gallery ids="25236"]Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür