28 sentyabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açdı. Sərgi 28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) iki gün davam edəcəkdir.
Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.
Sərgidə, "Hədəf", "Xan" nəşriyyatları və "Kitabevim.az" mağazalar şəbəkəsi yüksək səviyyədə istirak edir. Tədbir çərçivəsində "Xan" nəşriyyatı tərəfindən çapa hazırlanan "Tanıdığım Nazim Hikmət" xatirə kitabının müəllifi Orxan Qaravəli və Azad Qaradərəli ilə görüş və imza günü keçirilmişdir.
Qeyd edək ki, tədbir çərçivəsində "Hədəf", "Xan" nəşriyyatları stendində bir çox tanınmış yazıçılarla görüş və imza günü keçiriləcəkdir.
[gallery ids="24435"]
[gallery ids="24401,24402,24403,24404,24405,24406,24407,24408,24409,24410,24411,24412,24413,24414,24415,24416,24418,24419,24420,24421,24422,24423,24424,24425,24426,24427,24428,24429,24430,24431"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür