Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub.
Senet.az xəbər verir ki, hazırda “Kitabyurdu”, “Kitab365.com” və digər platform üzərində kitabın satışına başlanılıb.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılan, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.
Xalq yazıçısı Kamal Abdullanın “Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” - deyə qiymət verdiyi roman Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görüb. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirib.
Romanın başqa ölkələrdə nəşri də nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucuları “Ədəbiyyat qəzeti”ndən və “Azərbaycan” jurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür