Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Vasif Adıgözəlovun 80 illik yubeliyinin keçirilməsi haqqında” 11 fevral 2015-ci il tarixli sərəncam imzalamışdır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yaradıcı həyatın anları” fotoalbomu Azərbaycanın dəyərli bəstəkarı V. Adıgözəlovun 80 illik yubileyinə həsr olunmuşdur. Kitab Azərbaycan və rus dillərində çap olunmuşdur. Kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılığı haqqında məlumat sözlərlə və Y.Adıgözəlovun şəxsi arxivindən istifadə olunmuş fotolarla əks olunmuşdur.
Vasif Adıgözəlov Azərbaycan musiqi sənətində özünəməxsus dəst-xətt və üsluba malik, Azərbaycan bəstəkarlıq məktəbinin ən yaxşı ənənələri üzərində yüksələn, öz yaradıcılığı ilə Şərqin və Qərbin mənəvi dəyərlərinin yüksək bədii sintezinə nail olan sənətkarlarımızdandır.
“Efendi Publishing House” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaqdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür