Nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət Xadimi Vidadi Babanlı yaradıcılığının bir hissəsini əks etdirən materialları Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edib.
Arxivin direktor müavini Könül Nəsibova Senet.az-a bildirib ki, sənədlər sırasında nasirin əlyazmaları, tərcümələri, hekayələri, ona verilmiş kitablar və dövrünün tanınmış şəxsiyyətləri ilə çəkdirdiyi fotoşəkillər yer alıb.
K.Nəsibova deyib ki, arxivə yazıçı ilə bağlı 1347 sənəd daxil olub. Arxivin əməkdaşları tərəfindən təqdim edilmiş materialların siyahısı hazırlanıb. Bütün işlər qaydaya salınıb və Vidadi Babanlının şəxsi fondu rəsmiləşdirilib.
Qeyd edək ki, bu gün də yazıb-yaradan V.Babanlı “Vicdan susanda”, “Ömürlük cəza”, “Ana intiqamı”, “Müqəddəs ocaq” və digər əsərləri ilə çoxsaylı oxucu qəlbinə yol tapıb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür