Hər il ənənəvi olaraq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə respublikamızda Şairlər Günü qeyd olunur. Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən 2017-ci ildə VII Şairlər Günü Şabranda keçiriləcək. Bu qərar Şabranda qurumun bölməsi açıldığı gündə verilib. AYB-in Şabran bölməsi, rayonun Xaqani Poeziya Klubu və Şabran ədəbi dərnəyinin dəstəyi, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək tədbirə xarici qonaqlar da dəvət olunacaq. Qeyd edək ki, Şabran rayonunda hər il Xaqani Poeziya Günləri təntənəli şəkildə qeyd edilir və bayramın respublika əhəmiyyəti daşıması üçün AYB-də Xaqani Poeziya Günləri Təşkilat Komitəsi yaradılıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür