Azərbaycanlı vokalçı Teymur Kazımov Klivlenddə keçirilən beynəlxalq müsabiqədə “Qran-Pri” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Teymur Kazımov “Klivlend mədəniyyət bağları”nda keçirilmiş “The Stars od Summer” Vokalçıların və Pianoçuların II Beynəlxalq Müsabiqə-Festivalında onlayn formatda iştirak edib və “Akademik vokal” nominasiyasında Qran-Pri mükafatını qazanıb. Müsabiqədə Azərbaycandan olan iştirakçılardan başqa, ABŞ, Kanada, Avstriya, Rusiya, Almaniya, Yunanıstan, Ukrayna və Çinin pianoçu və vokalçıları iştirak ediblər. Müsabiqənin sponsoru “Geauga West Rotary Club” Teymur Kazımova pul mükafatı təqdim edib. O, həmçinin münsiflər heyətinin üç üzvü tərəfindən onların ölkələrində keçiriləcək festival və tədbirlərə dəvət alıb.
T.Kazımovun laureatların qala-konsertində də onlayn rejimdə çıxış edib. Teymur Kazımovun müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova iştirak ediblər.
Qeyd edək ki, Teymur Kazımov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xüsusi musiqi məktəb-studiyasının şagirdi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır.
Müsabiqədə Azərbaycanı həmçinin beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova təmsil edib, o, “Akademik vokal” nominasiyasında birinci yerə layiq görülüb və iki münsifdən dəvət alıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür