senetaz

Həsən Əliyev 80 D

04 İyun 2024 414

X, Y, Z, Alfa nəsli... - Bənövşə Məmmədova yazır

X, Y, Z, Alfa nəsli... - Bənövşə Məmmədova yazır

Dünya işıq sürəti ilə dəyişir. Zaman anlayışı insanlar üçün artıq fərqlidir. İndi daha çox xoşbəxt insan yetişdirməyin zamanı gəlib. Kimdir xoşbəxt insan? İllər əvvəl İngiltərənin nüfuzlu qəzetlərindən birinin bu mövzuda elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü öyrənmək idi.

Verilən cavablardan dördü mükafata layiq görülmüşdü:

1. Yorğun iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana.

2. Həyati riskli əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.

3. Qumdan evlər, qalalar düzəldən bir uşaq.

4. Yaxşı bir sənət əsəri yaratmış sənətkar.

Göründüyü kimi, xoşbəxtlik hamımız üçün əlçatandır. Bizi ora aparan yolda isə müəyyən dəyərlərə sahib olmağımız kömək edir. Ailə dəyərləri, ana-ata münasibətləri və aldığımız tərbiyə kimi. Nədir tərbiyə? Əslində, tərbiyə qayğı, diqqət, dəyər, hörmət ən əsası hər şeyin kökü olan sevgidir. Aparılan araşdırmalara görə, sevgisiz böyüyən biri uğurlu olsa da, daxili boşluğu, empatiya hissi zəif olan biri olur. Bu da təbii ki, ətrafında olan insalarla münasibətdə çətinlik yaradır. Heç bir uşaq dünyada nəyisə kəşf etmək məcburiyyətində deyil, amma bütün uşaqların mərhəmət hissini bilməsi məcburdur. Onların sevgi dolu mərhəmətli olması biz böyüklərdən asıllıdır. Biz böyüklər isə etdiyimiz səhvləri övladlarımza ötürmək üçün hər şeyi edirik. Bugünkü nəsilə baxaq, Z adlandırdığımız nəsil artıq bitib. Ondan sonra gələn Alfa nəsli də bitmək üzrədir, amma bu nəslin adlandırılması ilə bağlı mübahisələr davam edir.

Doxsanıncı illərin ortaları ilə 2010-cu ilin əvvəlləri arasında doğulmuş fərdləri əhatə edən Z nəslindən sonra gələcək nəsli bəziləri Generation Alpha adlandırır, digərləri isə getdikcə rəqəmsal və texnoloji cəhətdən inteqrasiya olunmuş dünyada onların tərbiyəsini əks etdirən Generation Tech, Generation Glass və ya Generation AI kimi adlar təklif edir. Alfa nəslinə 2010-cu illərin əvvəlindən doğulanlar daxildir və onlar texnologiyanın əvvəlki nəsillərə nisbətən daha çox yayıldığı və hər yerdə yayıldığı bir dünyada böyüyürlər. Doğulandan smartfon, planşet, sosial media və digər rəqəmsal texnologiyalara məruz qalaraq, gənc yaşlarından yüksək texnologiyaya sahib olublar. Bu erkən məruz qalma onların ünsiyyət tərzini, sosial qarşılıqlı əlaqəsini və dünyagörüşünü əvvəlki nəsillərdən fərqli şəkildə formalaşdıra bilər. Bununla belə, yadda saxlamaq lazımdır ki, nəsil etiketləri sərt kateqoriyalar deyil və hər nəsildəki fərdlər öz təcrübələrində, münasibətlərində və davranışlarında geniş şəkildə fərqlənə bilər. Alfa nəsli inkişaf etdikcə tədqiqatçılar və sosioloqlar bu nəsli müəyyən edən unikal xüsusiyyətləri və tendensiyaları öyrənməyə, təhlil etməyə davam edəcəklər.

Modern insanlarda həyat fəlsəfəsinin dəyişdiyi, hisslərlə idarəetmənin ikinci plana keçdiyi bir dövrdə duyğulardan bəhs etmək ciddi məsələ hesab olunmalıdır. EQ dediyimiz emosiyanal zəkanın təsbit edən formanın artıq insanlıq üzərində daha məna daşıdığı sübut olunmaqdadır. Son araşdırmalara görə, İQ səviyyəsi yüksək olan insanların emosional hissləri, sosiallıqlar ətrafında baş verən hadisələrə etinadsız qalmaqları savadın insan həyatında əsas faktorlardan olmadığını göstərir.

Bundan çıxış edərək son illər təhsil sistemində yüksək ballı tələbələrin uğurunun da həyati əhəmiyyətli uğur kimiq iymətləndirilməsi də aktuallığını itirmiş olur. Yüksək bal yığmaq sadəcə bəhs, yarış kimi qiymətləndirilə bilər. Valideynin uşaq üzərində qoyduğu "Sən yüksək bal yığmalısan" öhdəliyi bəzən onun ətrafından ayrılıb sosiallığını itirməyi ilə nəticələnir. Yaşının ən gözəl çağında xarakter olaraq mükəmməliyə köklənən biri müəyyən bir dönəmdə uğursuzluqla qarşılaşdığı zaman çökür və oradan çıxmaq bəzən həyatının sonuna qədərmümkün olmur. Ailə bağları psixoloqların hər zaman yeni yetirmələrdə olan problemləri daha çox ailədən qaynaqlandığı deyilir.

Davranışlarımızın sözlərimizdən daha güclü olduğunu unutmayaq. Sevgi bizim ətrafımıza verə biləcəyimiz ən vacib hissdir. Bu hissi uşaqlardan əsirgəməyək.

Bənövşə MƏMMƏDOVA
Filologiya üzrə elmlər doktoru
525.az