Yanvarın 9-da Fəxri xiyabanda, Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub
Senet.az xəbər verir ki, elm, mədəniyyət xadimlərinin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anma mərasimində akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin şairə xüsusi qayğısı və ehtiramının olduğunu bildirib, dövlətimizin böyük şairin irsinə yüksək dəyər verdiyini deyib. Akademik şairin xatirəsinə ucaldılmış abidənin müəllifi - Xalq Rəssamı Natiq Əliyevin və memarı Tərlan Həsənovun heykəli böyük ustalıqla yaratdıqlarını söyləyib.
Mərasimdə çıxış edənlər Zəlimxan Yaqubun sözün, millətin və ölkənin qarşısında tarixi məsuliyyətini hiss edən bir şair olduğunu bildiriblər. Onun son anadək qələmi yerə qoymadığını və yazdığı şeirlərin hər zaman aktual olduğunu söyləyiblər. Vurğulanıb ki, Zəlimxan Yaqub qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq. [gallery ids="19986,19987,19988,19989,19990"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür