senetaz

Həsən Əliyev 80 D

11 Dekabr 2023 4641

“XAN Nəşriyyatı” kitab blogerlərini bir araya gətirdi – Foto

“XAN Nəşriyyatı” kitab blogerlərini bir araya gətirdi – Foto

Dekabrın 9-da “XAN Nəşriyyatı”nın təşkilatçılığı ilə “Milli book cafe”də kitab blogerləri ilə görüş və “Məşhurlar” seriyasından olan yeni kitabların qapalı təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, kitab blogerlərinin iştirakı ilə keçirilən təqdimat səhər yeməyi süfrəsi ətrafında baş tutub.

Giriş nitqi ilə çıxış edən “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy sözügedən kitabların ərsəyə gəlməsindən, bu layihənin hazırlıq prosesindən, eyni zamanda özünün tərtib etdiyi – seriyanın 7-ci kitabı olan “Tarixi tapmacalar”dan danışıb.

Nəşriyyatın baş redaktoru Cavid Qədir öz növbəsində qonaqlara gəldikləri üçün təşəkkür edib. Kitabların redaktə və tərtibat prosesindən, mövzuların seçilməsindən, kitabların yazılmasının peşəkarlara həvalə olunduğundan söz açıb.

Nəşriyyatın marketoloqu Səbinə Abdulla kitabçılığın inkişafında nəşriyyatlar qədər kitab blogerlərinin də məsuliyyət daşıdığını, oxucuya məlumatın düzgün şəkildə doğru insanlar tərəfindən çatdırılmalı olduğunun vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən blogerlər – Xəyalə Murad, Çinarə Əhmədova, Aydan Aydın, Raziyə Axundzadə, Lamiyə Göycəyeva, Qərənfil Əmiraslanova, Aytən Hüseynova və başqaları da öz fəaliyyətləri, çap olunan kitablar barədə danışıb, kitabsevərləri bir araya gətirən belə görüşlərin keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar.

 

Qalereya