
Yaxın günlərdə Ukrayna Tərcümə İnstitutunun maliyyə dəstəyi ilə "XAN Nəşriyyatı"nda üç maraqlı kitab işıq üzü görəcək.
Senet.az xəbər verir ki, bu kitablar Svetlana Taratorinanın "Duz ev, İrina Slavinskanın "Qızların kitabı" və Anastasiya Nikulinanın "Dəstə" əsərləridir.
Nəşriyyatın direktoru Səbuhi Şahmursoyun sözlərinə görə, hər üç yazıçı, eləcə də də hər üç kitab Ukrayna oxucusu tərəfindən ciddi maraqla qarşılanıb:
"Bu marağın azərbaycanlı oxuculara "yoluxacağını" düşünürük. Sözügedən əsərlər tamamilə fərqli mövzuları əhatə etsə də, onları bir nüans birləşdirir, oxucusuna müsbət nələrsə qazandırmaq".
Ukraynalı fəal və yazıçı İrina Slavinskanın yeniyetmə qızlar üçün stolüstü kitaba çevrilən "Qızların kitabı"nda yeniyetmə qızların öz bədənlərini tanımaları, eləcə də əks cinslə münasibətlərini tənzimləmələri ilə bağlı ipucları verilir, müxtəlif situasiyalardan çıxış yolu göstərilir.
Qızların yetkinlik dövrü ilə bağlı kitablarda, bədənini qəbul etmə, valideynlə müxtəlif mövzuların müzakirəsi, öz bacarıqlarına daha çox inanmaq kimi həyati tövsiyələr yoxdur. Əlindəki kitab bu səhvi düzəldəcək. Yazıçı dost kimi öz təcrübələrini və hisslərini xatırlayıb qızların özlərini tapmalarına, dünyanı daha yaxşı dərk etmələrinə və aktiv öyrənmələrinə kömək edəcək. Fiziki və psixoloji sağlamlığını qorumaq üçün pisniyyətli insanlardan, münasibətlərdən uzaq olmaq, onlarla necə mübarizə aparacağını, hüquqlarını və şəxsi sərhədlərini bilmək tikiş tikmək, yaxud yemək bişirməkdən daha vacibdir. Artıq böyümüsən, həqiqətən, vacib biliklərə yiyələnməyin vaxtı çatıb.
Gənc Ukrayna yazıçısı Svetlana Taratorinanın “Duz ev” fantastik romanı Krımın azadlığı uğrunda aparılan mübarizəyə həsr olunub. Roman etno-kulturoloji aspektdən kifayət qədər zəngindir. Tarixi köklərə dayanan bu əsərdə yazıçının etnoqrafiya, folklor sayəsində bilik səviyyəsi ilə yanaşı, eyni zamanda fantastik dünagörüşünün sonsuz hüdudları təqdim olunur.
Ukraynalı gənc yazıçı Anastasiya Nikulinanın "Dəstə" romanı yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Parkur həvəskarlarından söz açan əsərin qəhrəmanları müstəqil olmağa, öz problemlərinin öhdəsindən özləri gəlməyə can atır, bütün bu proses boyu aralarındakı münasibətləri tənzimləməyə çalışırlar.
Bəzən arzulara doğru addımlamaq, qorxularınızı dəf etmək çətindir. Kimlərdənsə motivasiya, dəstək gözləyirsiniz. Belə məqamlarda dostunuzla söhbət, hətta yaxınlarınızın gözlərinin içinə baxmaq kifayət edir. Kitab həm də bu barədədir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür