
“XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy və baş redaktoru Cavid Qədir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüblər.
Senet.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın perspektivlərindən söz açılıb, əlaqələrin daha geniş formada davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xalq yazıçısı rəhbəri olduğu qurumun ədəbiyyata, o cümlədən gənc yazıçılara dəstək üçün atdığı addımlardan danışıb, bu sahədə işlərin davamlı xarakter daşıdığını nəzərə çatıdırıb.
Səbuhi Şahmursoy “XAN Nəşriyyatı”nın yeni layihələrindən söz açıb, gənclərin kitaba, mütaliəyə marağının artırılması istiqamətində ciddi işlər görüldüyündən bəhs edib.
Cavid Qədir öz növbəsində nəşriyyatın rüblük ədəbiyyat dərgisi olan “Ustad” haqqında məlumat verib, AYB və “XAN Nəşriyyatı”nın mütaliə bacarıqlarının inkişafı istiqamətində birgə layihələr həyata keçirməsinin vacibliyini xatırladıb.
Sonda Səbuhi Şahmursoy Anarın “XAN Nəşriyyatı”nda “Azərbaycan ədəbiyyatı rusca” seriyası altında çap olunan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (“Шестой этаж пятиэтажного дома”) kitabını müəllifə təqdim edib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür