Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Əməkdar artist Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.
Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.
Qeyd edək ki, Arslan Növrəsli tarda harmonik caz standartlarını ifa edən ilk tarzəndir.
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə
Bakıda səfirlərin xanımları Ebru sənəti ilə tanış olublar
Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq
Bakıda “Rəssamların döyüşü” olub