Abbasqulu ağa Bakıxanov
Xeyirli işin faydası
Bir qocanı gördü cavan bir əmir,
Ki, bağında zəhmət çəkib qoz əkir.
Gülüb dedi: «Ey zavallı biləsən,
Dərd qalacaq sənə bunca zəhmətdən.
Başqa ömür lazımdır ki, bu ağac,
Meyvə verib, dərdinə olsun əlac?».
Qoca dedi: «Ey şöhrətli hökmdar,
Başqaları əkdi, yedik, nə olar?
İndi də biz zəhmət qəbul edərək,
Nəsillərçin qoz ağacı becərək.
Yaxşılığın budur rəsmi dünyada,
Yaxşılıq et, səni salsın el yada».
Əmir onun sözlərini xoşladı,
Neçə dinar çıxarıb bağışladı.
Qoca dedi: «Çoxu əkdi və illər--
Gözlədi ki, əkdiyi versin səmər.
Mən əkirdim başqalarçın, güldü baxt,
Məhsul aldım zəhmətimdən əkən vaxt.
El üçün kim girişərsə bir işə,
Özü dəxi xeyir görər həmişə».
Qüdsi, bu xoş sözlərin nə xeyri var,
Dediyini işdə eylə aşikar.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür