
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi nəşr edilib.
Jurnalın bu nömrəsində maraqlı mövzular əksini tapıb. Belə ki, jurnalın rubrikalarında Cəlil Məmmədquluzadənin felyetonları, Alber Kamyunun Nobel nitqi, “Sənətçi və onun zəmanəsi” mühazirəsi və “Susqunluq” hekayəsi, Fyodor Dostoyevskinin “Böyük inkvizitor” hekayəsi, Fransisko de Kevedonun seçmə şeirləri, Çingiz Aytmatovun müsahibəsi və “Üz-üzə” povesti yer alıb.
Bundan başqa, oxucular “Ceyms Coysun ən qəddar əsəri: “Uliss” yazısı, Tove Alsterdalın “Görüş” hekayəsi, Kamilo Xose Selanın miniatürləri, Mixail Bulqakovun “Zoykanın mənzili” pyesi, Andrey Platonovun “Çevenqur” romanının davamı və digər əsərlər ilə də tanış ola biləcəklər.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür