25-28 sentyabr 2016-ci tarixlərində, Macarıstanın paytaxtı Budapeşt şəhərində Türkiyənin Bilkənt Univeristeti, Yunis Əmrə İnstitutu və Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “XI Beynəlxalq Böyük Türk Dili Qurultayı” keçiriləcəkdir. Qurultayın keçirilməsində məqsəd türk dili və ədəbiyyatı, türk tarixi, mədəniyyəti sahəsindəki tədqiqatlara dəstək vermək, son dövrlərdə Macarıstanda aparılan türkoloji araşdırmaları elmi ictimaiyyətə təqdim etməkdi. Bu konfransın türk dili və mədəniyyətinin dərin izlərini daşıyan Macarıstanda keçirilməsinin də xüsusi əhəmiyyətli vardır. Belə ki, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Macarıstan Şərq və Qərb dillərinin və mədəniyyətlərinin əsas təmas nöqtələrindən biri, mədəniyyətlərarası tolerantlığın əhəmiyyətli məkanlarındandır. Konfransda türk dilləri və ədəbiyyatı, türk tarixi və mədəniyyəti, türk dillərinin müqayisəli şəkildə öyrənilməsi tarixi, Avropada türk dili və ədəbiyyatının tədqiqi ilə bağlı məruzələr dinləniləcəkdir.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür