Fevral ayının 26-da saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə baş tutacaq tədbirdə Mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.
Daha sonra teatrın kiçik səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin ilk premyerası nümayiş etdiriləcək. Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür