Xocalı soyqırımı münasibətilə Cenevrədə aksiya keçilib “Şərq-Qərb” nəşriyyatı aksiyada iştirak edib.
2020-ci il fevral ayının 26-da İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Cenevrə şəhərində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə tədbir təşkil edilmişdir. Tədbir çərçivəsində mərkəzi meydanların birində, eləcə də BMT-nin binası qarşısında 1-2 saat ərzində 20-yə qədər azərbaycanlının iştirakı ilə aksiya keçirilmişdir. Aksiyanın məqsədi Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu vəhşiliklərin yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu hər kəsin nəzərinə çatdırmaq olub.
“Şərq-Qərb” ASC-nin Nəşriyyat departamentinin direktoru Sevil İsmayılova çıxış edərək Ermənistan silahlı qüvvələrinin Xocalıda törədiyi vandalizmdən, vəhşiliklərdən danışıb, hər kəsi Xocalı şəhidlərinin incik ruhu qarşısında mənəvi borcunu yerinə yetirməyə çağırıb. Aksiya zamanı Azərbaycanın himni səsləndirilib, “Şərq-Qərb” Nəşriyyatı tərəfindən Xocalı soyqırımı ilə bağlı ingilis, alman və fransız dillərində hazırlanmış flayerlər İseveçrə əhalisinə paylanılıb. Bundan başqa, Xocalıda baş verənləri özündə əks etdirən fotoşəkillər nümayiş etdirilib.
[gallery ids="31662,31659,31658"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür