26 fevral 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr olunmuş kino axşamı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, kino xadimlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmləri nümayiş etdiriləcək. “İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür