Dünyada bacarığı və istedadı olmayan insan yoxdur. Yəni yaradan insanı bacarıqsız yaratmayıb. Sadəcə bunu kəşf etmək lazımdır. Bu bir az bizi yönləndirənlərdən (müəllimlər, valideynlər) bir az da özümüzdən asılıdır.
Yəni orta məktəb, kurs, peşə və s. sahələrdəki müəllimlər dərs dediyi, tədrisini apardığı ixtisasın, peşənin hansı şagirddə necə təzahür etdiyini çox yaxşı bilir. Müəllim, valideynlə daima əlaqədə olmalıdır. Şagirdin inkişafındakı ardıcıllığı valideynə məlumat verməli, məsləhətlər görməlidir.
Heyfslənərək qeyd etməliyəm ki, ölkəmizdə, həm gənclik, həm də yaşlı nəsil istedad və bacarıqlarının fərqində olmadan yaşayırlar. Çünki, böyüklərimizin: “Mənim oğlum gömrükçü, hüquqşünas, həkim, mühəndis və s. olsun, orda daha yaxşı pul var”- kimi basqısı övladda olan istedadın itib batmasına səbəb olur.
Nəticədə heç kəs öz peşəsində uğurlu ola bilmir. Fərqində olmadığı istedad da batıb gedir beləcə. Bəlkə də hüquqşünas, politoloq və digər peşələrin əvəzinə ölkəmizi dünyada tanıdan böyük rəssam, heykəltəraş, rejisor, yazıçı olacaq, amma heç bu qabiliyyətinin fərqində olmadan yaşayır ömrünü.
İnsan özünü axtarmalı, xoşbəxt olduğu yeri bilməlidir. Sırf pul xatirinə yaşamaq üçün verilməyib bu ömür. Pul çox şeydir, lakin hər şey deyil.
İxtisaslar maraqlara görə yox, bacarıq və istedada görə seçilməlidir.
Ölkəmizi daha rəngarəng peşələrdə görmək arzusu ilə…
Arzu Abdulla
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür