Yaponiyada Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərinin çapı layihəsi çərçivəsində növbəti not kitabı buraxılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq bəstəkarın fortepiano üçün əsərləri gündoğar ölkədə işıq üzü görüb.
“Zen-On” musiqi nəşriyyatı tərəfindən nəşr olunan əsərlərə aid metodik tövsiyələr pianoçu Gülnarə Səfərova tərəfindən işlənilib, not kitabına yapon və ingilis dillərində daxil edilib.
Artıq mağazalara satışa verilən kitabın 2025-ci ildə təqdimatının, həmçinin konsert proqramının keçirilməsi, Qara Qarayev musiqisi haqqında mühazirələrin, açıq dərslərin və digər bu kimi tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qara Qarayevin “Yeddi gözəl” və “Don Kixot” baletlərinin partiturasından ibarət iki not kitabı yapon musiqisevərlərin ixtiyarına verilib.
Balet sənətimizin uğurlu müjdəçisi - Cavid Qədir yazır
Xocalı faciəsinin təsviri sənətdə ifadəsi
Azərbaycanın ilk ali təhsilli rəssamı - Bəhruz Kəngərli
Muzey Mərkəzində İsa Məmmədovun “Bakının peyzajları” sərgisi açılacaq
Karavacconun şah əsəri ilk dəfə Romada sərgilənir
Londonda Van Qoqun əsərlərinə şorba atılıb
Azərbaycanlı rəssamların əsərləri Antalyada sərgilənir
Londonda dayanacaqda tapılan tablo 17.5 milyon funt sterlinqə satılıb
"Azərbaycanın hər guşəsi ilham mənbəyidir" - Meltem Buyuran
"Dante və Vergili cəhənnəmdə" - Müsahibə