
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin XVII cildi nəşr olunub.
“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, yeni nəşrə Yaqub Mahmudovun “Real tarix və “böyük Ermənistan” uydurması” kitabının Azərbaycan, türk, ingilis, rus, alman və fransız dillərində nəşr olunmuş variantları daxil edilib.
On bir dildə çap olunmuş “Real tarix və “böyük Ermənistan” uydurması” kitabında ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. İlk dəfə olaraq sübut edilir ki, müasir ermənilər “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxıblar. Tarixdə heç zaman “böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.
“Seçilmiş əsərlər”in XVII cildinin elmi redaktoru Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, dizayneri riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, texniki redaktoru isə Aydan Əliməmmədovadır.
Qeyd edək ki, “Real tarix və “böyük Ermənistan” uydurması” kitabının ibri, gürcü, ərəb, fars və ispan dillərində çap olunmuş variantları “Seçilmiş əsərlər”in XVIII cildinə daxil ediləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür