“YARAT” Müasir İncəsənət Məkanı “Artxronika” adlı yeni maarifçilik layihəsinə start verir. Layihə çərçivəsində “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulub.
Senet.az xəbər verir ki, sentyabrın 21-də “Artxronika” layihəsi çərçivəsində “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində Dövlət Tretyakov Qalereyasının rəngkarlığı bölməsinin əməkdaşı, sənətşünas və ekspert Olqa Polyanskaya ilə görüş keçiriləcək. Rusiyalı ekspert 1960-1980-ci illərin Azərbaycan rəngkarlığı əsərlərindən Dövlət Tretyakov Qalereyasının kolleksiyasında qorunub-saxlanan nümunələr haqqında danışacaq.
Azərbaycan rəngkarlığı bir çox Rusiya muzeylərində mövcuddur, amma məhz Dövlət Tretyakov Qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir və məhz bu kolleksiya Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır. Bununla yanaşı, o, həmin dövrün Azərbaycan incəsənətinə müəyyən bir nəzər də salacaq. O vaxtlar təkcə Azərbaycan fırça ustalarının deyil, SSRİ-nin digər respublikalarını təmsil edən sənətkarların da müraciət etdiyi bədii kontekst Azərbaycan tamaşaçısı qarşısında açılacaq.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür