Yaşar Kamal vəsiyyəti sayıla biləcək son sözlərini Bilgi Universitetində açıqlayacaqmış. Türkiyənin «Posta» qəzeti belə yazıb. Xəbərdə deyilir ki, ünlü romançı «fəxri doktor» adına layiq görüldüyündən 2014-cü ilin noyabrında həmin universitetdəki mərasimə qatılacaqmış. Xəstəliyi ucbatından mərasimə gedə bilməyən Yaşar Kamal iştirakçılara yazılı mesaj göndərməli olub. Məhz bu mesaj vəsiyyət kimi qymətləndirilə bilər:
«Birincisi, mənim kitablarımı oxuyan qatil olmasın, savaş düşməni olsun. İkincisi, insanın insanı istismarına qarşı çıxsın. Kimsə kimsəni alçaltmasın. Kimsə kimsəni assimilyasiya etməsin. İnsanları assimilyasiya etməyə can atan dövlətlərə, hökumətlərə imkan yaradılmasın. Mənim kitablarımı oxuyanlar bilsinlər ki, bir mədəniyyəti yox edənlərin öz mədəniyyətləri, öz insanlıqları əllərindən uçub-gedib. Mənim kitablarımı oxuyanlar yoxsullara dayaq olsunlar, yoxsulluq bütün insanlığın utancıdır. Mənim kitablarımı oxuyanlar bütün pisliklərdən arınsınlar».
Yazıçı ağciyər iltihabı və ürəyin aritmiyası diaqnozu ilə yerləşdirildiyi İstanbul Tibb Fakültəsinin reanimasiya şöbəsində vəfat edib.
oxuzali.az
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür