senetaz

Həsən Əliyev 80 D

27 Aprel 2021 6892

"Yaşasın qardaşlıq" - Ülvi Aydın

"Yaşasın qardaşlıq" - Ülvi Aydın

20201124_121643   YAŞASIN QARDAŞLIQ   İstər yüz il öncə, istərsə bu gün Bizə dəstək oldu türk qardaşımız Hiss etdik qardaşın isti nəfəsin Bitdi qələbəylə haqq savaşımız.   Andına, əhdinə sadiq olan xalq Türkiyə hər zaman qardaş yanında Sözündən dönməzlik, cəsurluq, mərdlik Əzəldən olubdur türkün qanında   Şanlı Azərbaycan, şanlı Türkiyə Gerçək qardaşlığın nümunəsidir Birdir sevincimiz, birdir qəmimiz Ucalan səsimiz haqqın səsidir.   Türk yalnız qardaşın tərəfdarı yox O haqq ədalətin sorağındadır Qardaş dövlətlərin birgə addımı Bu gün dünyanın da marağındadır.   Biz iki dövlətik, vahid millətik Öndərin bu fikri yaddaşımızda Daim davam etsin uğurlarımız Qələbə yazılsın hər daşımızda.   Var ol Azərbaycan, var ol Türkiyə Bitib tükənməzdir zəfərlərimiz Hər iki dövlətin, böyük millətin Yolu haqq yoludur, özü mübariz   Yaşasın qardaşlıq, əbədi birlik Qoşa dalğalansın bayraqlarımız Sevinsin dostumuz, xar olsun düşmən Hər an şölə saçsın, çıraqlarımız