Paris bələdiyəsi sevgililərin etirazına səbəb olacaq bir addım atıb. Belə ki, bələdiyyənin qərarına əsasən, sevgililər tərəfindən Pont Des Arts körpüsünün üstünə asılan qıfıllar yığışdırılacaq. 1 milyona yaxın qıfılın iyunun 8-nə qədər yığılaraq zibilliyə atılacağı gözlənilir.
Bələdiyyə sədri bu qərarı belə əsaslandırıb: “Pont Des Arts körpüsündə təxminən 1 milyona yaxın qıfıl var. Qıfılların ağırlığı 45 min tona yaxındır. Istər-istəməz körpüyə ziyan verir. Buna görə də qərara alındı ki, cütlüklərin asdığı qıfıllar tamamilə təmizlənsin. Artıq körpüyə qıfıl asmağa icazə verilməyəcək”.
Qeyd edək ki, 2008-ci ildən bu günə qədər Pont Des Arts körpüsü Parisi zirayətə gedən sevgililərin baş çəkdikləri ilk məkanlardan biri idi. Cütlüklər adlarının yazılı olduğu qıfılları körpüyə asaraq, açarını Sena çayına atırdılar. Bu ritualı yerinə yetirən cütlüklərin sevgilərinin ölümsüz olacağına inanılırdı.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür