Ağstafa rayonu 2 saylı orta məktəbdə “Yazar olmaq istəyirəm!” adlı fərdi layihə çərçivəsində rayonun müxtəlif məkətbələrində təhsil alan şagirdlərlə görüş keçirilib. Layihə rəhbəri Gülnar Nəzərova Senet.az-a açıqlamasında bildirib ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunur. Tədbir zamanı gənc yazar ekspert Rüfət Əhmədzadə gənclərə yazar olmaq üçün vacib olan əsas xüsusiyyətlər, bədii əsərlərin yazılmasında gözlənilməli qaydalar barəsində məlumat verib. İnteraktiv fikir mübadiləsi şəraitində keçən tədbirdə regionda gənclərin yazar olmağa marağını müəyyən etmək məqsədilə sorğu da aparılıb. Tədbirin sonunda yazar-ekspert növbəti mərhələ üçün müxtəlif mövzular üzrə gənclərə tapşırıq verdi. Ağstafa Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əli Cəfəroğlu da layihənin əhəmiyyətini vurğulayaraq, rayon gəncləri və şagirdlərinin yaradıcılığa həvəsləndirilməsi üçün müxtəlif səpkili addımların rayon rəhbərliyi tərəfindən alqışlandığını qeyd edib. Təlimlərin 2016-cı ilin yanvarında keçiriləcək ikinci mərhələsində region gəncləri arasında “mənim hekayəm” adlı müsabiqədə gənclərin yazdıqları 10 hekayə seçilərək kitab şəklində çap olunacaq. [gallery ids="11796,11797,11798,11795"]
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür