Yazıçı, jurnalist Böyükkişi Heydərli dünyasını dəyişib. Senet.az-a bu barədə yazıçının qızı məlumat verib. O, uzun müddət imiş ki, mədə xərçəngindən əziyyət çəkirmiş.
Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.
Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında ikən şeirləri “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1191-1992-ci illərdə “SƏS” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından “Yeni Müsavat” qəzetində işləyir.1993-cü ildə “Dünya” jurnalının redaktoru olub.
Yazıçı Qor təxəllüsü ilə də əsərlər yazır. “Sakit küçədə qətl”, “Yaşıl cənnət çiçəyi”, “Yetişmiş tut ağacı” və sair əsərlərin müəllifidir. 2001-ci ildə “Səmasız buludlar” adlı şeirlər kitabı işıq üzü görüb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür