Dekabr ayının 9-da Yazıçı Əjdər Olun oxucularla görüşü keçiriləcəkdir.
Yazdığı hekayələrlə Azərbaycan ədəbiyyatında özünəməxsus cığır açan yazıçı Əjdər Ol oxucuları ilə görüşə gələcək. “Hədəf” nəşrlərindən verilən məlumata görə, yazıçı “ATV kitab” və “Hədəf” nəşrlərinin birgə layihəsi - “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” adlı topluya salınan hekayələri haqda söhbət edəcək, oxucuların suallarını cavablandıracaq, kitablarını imzalayacaq. 30-dan çox kitabın müəllifi olan Əjdər Ol portret-hekayələrinə görə 2010-cu ildə Milli Kitab Müsabiqəsinin əsas mükafatına, “Hərbi səhra komandirinin meymunu” hekayəsinə görəsə Mahmud Kaşğari Beynəlxalq Hekayə Müsabiqəsinin “Qran-Pri”sinə layiq görülüb. Maraqlı ədəbi söhbətlər eşitmək istəyən hər kəs bu görüşə dəvətlidir.
Görüş dekabr ayının 9-u, saat 15.00-da kitabevim.az mağazasının 28 may filialında keçiriləcək.Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür