Bugünlərdə tanınmış yazıçı Elçin Hüseynbəylinin (Qaraçuxa) qələmə aldığı və Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi “Yenə iki od arasında” romanı “Qələm” nəşriyyatında çap olunub.
Roman Qarabağ tarixinə, Yusif Vəzirin keşməkeşli həyatına həsr olunub və Qarabağın erməni-rus hiyləsi nəticəsində Azərbaycandan tədricən qoparılması ideyası üzərində qurulub.
Əsər Azərbaycan oxucuları, xüsusən də gəncliyi üçün Qarabağ problemini anladan dəyərli bir mənbədir. Kitaba ön sözü xalq yazıçısı Anar, son sözü akademik Nizami Cəfərov yazıb.
“Yenə iki od arasında” romanının Bakı, Naxçıvan, Sumqayıt, Şabran, Bərdə, Yevlax, Gəncə, Oğuz, eləcə də digər bölgələrdə təqdimatı nəzərdə tutulur.
İlk təqdimat noyabrın 29-da, saat 12-də Sumqayıtda Əli Kərim adına Poeziya Evində keçiriləcək.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür