“Cineba film” şirkəti yeni çəkiləcək filmin üçün kastinq elan edib.
Senet.az xəbər verir ki, kastinqdə 8-10, 15-16 yaşlarında qız, 20-35, 45-50 yaşlarında qadın, eləcə də 20-25, 40-60 yaşlarında kişi oyunçular iştirak edə bilərlər. Kastinq avqustun 16-dək şirkətin ofisində aparılacaq. Müraciət etmək istəyənlər saat 10.00-dan 17.00-dək bu ünvana gələ bilərlər: Yeni Həyat Azur Biznes Mərkəzinin 8-ci mərtəbəsi. Kastinq bittikdən sonra sentyabr ayının əvvəli çəkilişlər başlanacaq.
Film Battal Gazi Karabulağın ssenarisi əsasında çəkiləcək. “Bir ovuc sonsuzluq” adlanacaq film faciəvi dram janrında olacaq.
Filmdə baş rolları oynayacaq aktyorlar artıq seçilib. Bununla yanaşı Türkiyənin 2 tanınmış aktyorları da çəkiləcəklər. Hər iki aktyorla bu həftə müqavilə imzalandıqdan sonra adları açıqlanacaq.
Filmin rejissorları Murad Abdullayev və Battal Gazi Karabulaqdır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür