
Artıq teatrlarımız teatr mövsümünü bağlayıb, tətilə çıxıblar. Bəs yeni mövsümdə tamaşaçıları hansı maraqlı nümayişlər gözləyir? Senet.az teatrların repertuarını təqdim edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümdə repertuarına Qriqori Qorinin “Herostratı unudun”, Afaq Məsudun “Kərbəla”, Lev Tolstoyun “Hacı Murad”, Sofoklun “Antiqona” və Qoqolun “Müfəttiş” kimi əsərləri daxil edəcək.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının növbəti mövsümündə “Qırmızıpapaq” və “Gözəl və Bədheybət” adlı iki tamaşa hazırlanacaq. Həmçinin dövlət sifarişi ilə Alan Aleksandr Milnin “Vinni-Pux” əsəri əsasında “Şair ayı” adlı tamaşa səhnələşdiriləcək. Noyabrda paytaxtımızda növbəti teatr bayramı – “Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni mövsümdə Əjdər Olun “Biri vardı, biri yox”, Sevinc Elsəvərin “Ürəyində arzu tut” pyesi əsasında “Arzu və Murad”, hər il olduğu kimi uşaqların Yeni il tətili üçün uşaq tamaşasının hazırlanması nəzərdə tutulur. Həmçinin gələn mövsümün əvvəlində yaradıcı heyətin Kalmık Milli Dram Teatrına, Kalmık teatrının da Gənc Tamaşaçılar Teatrına qastrol səfəri planlaşdırılır.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür