Gənc rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq Qısametrajlı Film Festivalının baş mükafatına layiq görülüb.
Senet.az dərgisi Lent.az-a istinadən məlumat verir ki, “Doğulduğun yerdə ölməli...” şüarı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekəyəsinin motivləri əsasında çəkilib. “Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan filmin çəkilişləri Bakı, Şamaxı və Ağsuda aparılıb. Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.
Rejissorun sözlərinə görə, Qarabağ hadisələrindən bəhs edən “Yol” filminin festivalda nümayişi fevralın 26-da - Xocalı soyqırımının 23-cü ildönümünü günündə baş tutub.
Xatırladaq ki, filmdə baş qəhrəmanı Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. O, ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə gedir və əsir düşür.
Filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür