Yox idi…
Nə olub yenə, ey gül, dövrə tikan eyləmisən,
Çıxmısan dağ başına orda məkan eyləmisən.
Yenə qan eyləmisən!
Həsrətli aşiqinin ki, ahını almaz göylər,
Sən ona busə verib tərki cahan eyləmisən.
Yenə qan eyləmisən!
Etmədən naleyi-ney, vermədən badeyi-mey,
Sən onun könlünü sərxoş nə zaman eyləmisən?
Yenə qan eyləmisən!
Büzmüsən qönçə dodağı, göstərib lalə yanağı,
Bülbülün bağrını oxla yenə qan eyləmisən,
Yenə qan eyləmisən!
Göylərdən gizli tutarmı, Əsməra, könül dağını,
Gözünün yaşını sanma yerdə nihan eyləmisən.
Yenə qan eyləmisən!
***
Dünyada səndən başqa sevgili yarım yox idi,
Həm bağım, baxçam idin, özgə nübarım yox idi.
Sübh çağı yatmış şəhərdim şirin röyalarda,
Uçurtdu düşmən oxları, qalam, divarım yox idi.
Yalvardım, açdım əllərim o əflak sahibinə,
Ondan başqa, ey əzizim, xilaskarım yox idi.
Mən səni sevdiyim vaxtlar, ey gülü-qönçə dəhan,
Eşqdən başqa sinəmdə bunca qubarım yox idi.
Eşq çıraq tək xoş göründü, toxununca yaxdı məni,
Uçub getmək istədim, ağ qanaqlarım yox idi.
Qəlbimi ovutmadı kimsə, olmadı dərdə yanan,
Qan damanda gözlərimdən pərdədarım yox idi.
Əsməra, çəkib qırdın sarı simini kamanın,
Halbuki pis bir niyyətin, bəd əfkarın yox idi.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür