Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü sentyabrın 20-də K. Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə açacaq.
Teatrın mətbuat xidmətindən Senet.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.
Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza” və “Sonuncu” tamaşaları nümayiş olunacaq.
YUĞ Teatrı bu mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır.
Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür