Senet.az saytı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına istinadən xəbər verir ki, “Yuxarıda və aşağıda” qısametrajlı bədii filmi “Umut” MDB ölkələrinin gənc film forumunun “Beynəlxalq müsabiqə” proqramına dəvət alıb. Forum 28-31 oktyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək.
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Adari Films” studiyasında lentə alınan “4.1 Şəhər Motivləri” kinoalmanaxına daxildir. Filmin beynəlxalq premyerası Almaniyanın Kottbus film festivalının “Fokus” proqramında baş tutub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Teymur İsmayılov, quruluşçu oparatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, bəstəkarı Gökhan Ceylan, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).Filmdə baş rolları Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov və digərləri canlandırırlar
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür