Mart ayının 2-də saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində “Seçmə qüsurlar” (“Defectos escogidos”) musiqili tamaşası nümayiş etdiriləcək. Layihənin bədii rəhbəri – Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir. Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fuad İbrahimov və solistlər iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva etməklə, hər biri iki, yəni kamera-instrumental və simfonik konsertdən ibarət dörd konsepti birləşdirir. Layihənin ikinci mərhələsinin aprel ayında keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “Zamanla üz-üzə” layihəsi ilk dəfə 9 il öncə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 2007-2008-ci ilin konsert mövsümündə həyata keçirilib. O dövrdə bir çox XX əsr klassiklərinin əsərləri məhz bu layihə çərçivəsində ifa edilib.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür