Dekabr ayının 23-dən etibarən “Zəhər tuluğu” bədii filminin nümayişinə başlanacaq.
Bu barədə filmin baş prodüseri Orxan Mərdan məlumat verib. Sosial dram janrında çəkilən filmin istehsalat prosesi tamamlanıb və dekabr ayının 23-dən etibarən, kinoteatrlarda nümayiş olunacaq. O. Mərdan onu da vurğulayıb ki, illər sonra ilk dəfə “Zəhər tuluğu” filmi eyni vaxtda bütün kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Sosial platformalarda geniş müzakirələrə səbəb olmuş və tamaşıçılar tərəfindən çox bəyənilmiş “Zəhər tuluğu” silsiləsinin qəhrəmanı Adili(Taleh Yüzbəyov) tamaşaçılar bu dəfə fərqli obrazda görəcək. Yaşadığı faciələrin, cəmiyyətin insanın xarakterinə müxtəlif təsirləri “Zəhər tuluğu” filmində ustalıqla işlənib.
Filmin baş prodüseri Orxan Mərdan, Quruluşçu rejissorlar Teleh Yüzbəyov və Orxan Mərdan, quruluşçu operatoru İman İmanov, ssenari müəllifləri Orxan Mərdan, Taleh Yüzbəyov, Pərviz Həsənov və Cəlil Cavanşirdir. Filmdə Taleh Yüzbəyov, Ləman Mərrih, Nəzakət Heydərova, Əlixan Rəcəbov, Cavidan Novruz, Şaban İmkani, Kəmalə Onur, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Tural Əhməd, Əməkdar artist Rasim Cəfər, Oktay Mehdiyev, əməkdar artist Hüsniyyə Mürvətova, Könül Cəfərzadə, Emil Musayev, Nəsibə Eldarova və başqaları rol alıb.
Təxəyyülsüz Tanrı: Urizen obrazının fəlsəfəsi
Əriyən zamanın portreti
"Xanım gəlincik ilə"-Bir rəsmin tarixçəsi
Şah əsərin hekayəsi: Fra Filippo Lippinin “İki mələklə Madonna və Uşaq” əsəri
Leonardo Da Vinçi – Cadügərlərə və kimyaçılara qarşı
Çığırtı: İnsan ruhunun səssiz hayqırtısı
“Ulduzlu Gecə”-Bir rəsmin tarixçəsi
“Şərqin Van Qoqu: Səttar Bəhlulzadənin Həyatı və Sənət Manifesti”
Van Qoq işığının izində - Türkan Turan yazır
Xalq rəssamı Lətif Kərimovun anım günüdür